Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun XII turundakı matçlarla bağlı cəzalar açıqlanıb.
Azərbaycan I Divizionunun XII turunun "Mil-Muğan” – "Zirə” matçının 38-ci dəqiqəsində "Mil-Muğan” klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Azərbaycan I Divizionunun XII turunun "Bakılı” – "Lokomotiv”
matçında "Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
100 manat cərimə olunur.
Azərbaycan I divizionunun XII turunun
"Şəmkir” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 100 manat cərimə olunur.
Oyunun 69-cu dəqiqəsində "Şəmkir” klubunun 29
№-li futbolçusu Samir Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə
olunur.
Azərbaycan I Divizionunun XII turunun
"Kəpəz” – "Göyəzən” matçının 39-cu dəqiqəsində "Kəpəz” klubunun 16 №-li
futbolçusu Davud Kərimihakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat
cərimə olunur.
Azərbaycan I Divizionunun XII turunun
"Şahdağ” – "Rəvan” matçında "Şahdağ” klubunun 4, "Rəvan” klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə
olunur.
Oyunun 90+3-cü dəqiqəsində "Rəvan” klubunun
57 №-li futbolçusu Orxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400
manat cərimə olunur.