İngiltərənin "Mançester Yunayted" klubu Portuqaliya "Sportinq"inin futbolçusu Brunu Fernandeşi almağa yaxındır.
Sportnet.az xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı yarımmüdafiəçinin transferini böyük ölçüdə razılaşdırıblar. Anlaşmaya əsasən, Lissabon təmsilçisinə 60 milyon avro və bonuslar formasında əlavə 20 milyon avro ödəniləcək. Oyunçunun özü isə ilinə 6 milyon avro qarşılığında 5 illik müqaviləyə imza atacaq.
"Sportinq"in kapitanının bu gün Mançesterdə tibbi müayinədən keçəcəyi bildirilir.