
Futzal üzrə dünya çempionatının Xorvatiyanın Osiek şəhərində təşkil olunmuş elit-raundunda II tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, C qrupunda turun digər qarşılaşmasında Xorvatiya Slovakiya ilə üz-üzə gəlib. Görüş meydan sahiblərin qələbəsi ilə yekunlaşıb - 3:2. Xorvatiya yığması matçın sonlarında penaltini dəqiq yerinə yetirərək, aktivinə növbəti 3 xalı yazdırıb.
Beləliklə, 2 turdan sonra Xorvatiyanın 6, Azərbaycan və Rusiyanın hərəyə 3 xalı var. Slovakiya isə xalsızdır. Son turda Azərbaycan Slovakiyaya qalib gəlsə və Rusiya Xorvatiyanı yenə bilməsə, qrup ikincisi kimi pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, Azərbaycan millisi bu tur Rusiyanı yenib - 4:3.