Türkiyənin "Qalatasaray" klubu sabiq futbolçusu Semih Kayanı yenidən geri qaytarıb.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi Çexiyanın "Sparta" klubunda çıxış edən 29 yaşlı müdafiəçini icarəyə götürüb.
Tərəflər arasındakı anlaşmaya görə Semih mövsümün sonuna qədər "Qalatasaray"ın şərəfini qoruyacaq. O, daha öncə 2009-2017-ci illərdə "Cim Bom"da çıxış edib.
Qeyd edək ki, cari mövsüm "Sparta" (Praqa) klubunun heyətində 12 oyuna çıxan təcrübəli futbolçu 2 qol vurub.