AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş hüquqi pozuntularla əlaqədar cəzalarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, cəzaların bir çoxu təhqirlərlə əlaqədardır. Onların arasında ən diqqətçəkəni 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun öz komandasını təhqir etməsidir. Bu səbəbdən, millinin keçmiş futzalçısı 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Liqalarda tətbiq olunan cəzalar bunlardır:
Region Liqasında keçirilən TST “Astara” – “Şıxlar” (Qobustan) oyununda “Şıxlar” (Qobustan) komandasının heyətində N8 futbolçu Bəhruz Kərimov qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Gənclər Liqasında keçirilən “Səbail” – “Qəbələ” oyununda “Səbail” komandasının heyətində N2 futbolçu Firuz Əhmədov qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
U-16 Liqasında keçirilən “Zirə” – “Mil-Muğan” oyununda “Mil-Muğan” komandasının heyətində N4 futbolçu Nicat Fərzəliyev qarşılaşmanın 65-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36).
U-16 Liqasında keçirilən “Qəbələ” – “Səbail” oyununda “Qəbələ” komandasının N5 futbolçusu Zübair Əliyev qarşılaşmanın 40+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Qarşılaşmanın 80-cı dəqiqəsində “Səbail” komandasının N4 futbolçusu İlham Əliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41).
U-16 Liqasında keçirilən “Neftçi İK İB” – “Xilə” oyununda “Xilə” komandasının N6 futbolçusu Kərim Məmmədov qarşılaşmanın 40-cı dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.
U-14 Liqasında keçirilən Neftçi PFK – ROFM (Bakı) oyununda ROFM (Bakı) komandasının N99 futbolçusu Natiq Ağamalıyev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
U-14 Liqasında keçirilən İsgəndər Cavadov BFA – Xətai FK (Bakı) oyununda İsgəndər Cavadov BFA komandasının N15 futbolçusu Nicat Amanov qarşılaşmanın 31-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37).
U-14 Liqasında keçirilən “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” komandasının baş məşqçisi Vəli Hüseynov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.
U-14 Liqasında keçirilməli olan “Şahdağ”(Qusar)– “Neftçi İK İB” (Siyəzən) oyunu “Şahdağ”(Qusar) komandasının təyin olunan vaxtda meydana çıxmadığı üçün oyun baş tutmayıb. Bu səbəbdən “Şahdağ” klubuna 0:3 texniki məğlubiyyət verilir (maddə 50).
Coca-Cola U-13 Liqasında keçirilən “Neftçi İK İB” (Siyəzən) – “Şirvanovka” (Qusar) oyununda Şirvanovka (Qusar) komandasının baş məşqçisi Kamran Nurəhmədov qarşılaşmanın 23-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41).
U-12 Liqasında keçirilməsi nəzərdə tutulan “Fireland FC”-“Sabah” oyunu Fireland FC komandası təyin olunan vaxtda oyuna gəlmədiyinə görə görüş keçirilməyib. Bu səbəbdən “Fireland” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50).
U-12 Liqasında keçirilən UGİM (Siyəzən) – UGİM (Xaçmaz) oyununda UGİM (Siyəzən) komandasının baş məşqçisi Emin Nəzərov aqressiv formada meydana daxil olaraq hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 5 oyun cəzalanır (maddə 41).
U-11 Liqasında keçirilməsi nəzərdə tutulan “Ərgünəş FK”(Sumqayıt)-İOEUGİM (Sumqayıt) oyunuİOEUGİM (Sumqayıt) komandasının təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib. Bu səbəbdən İOEUGİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50).
Futzal üzrə I Liqanın “Star Karqo” – “Yasamal İSK-2” oyununda “Star Karqo” klubunun futzalçısı Ceyhun Məmmədov ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyun cəzalanır (maddə 47).
Futzal üzrə I Liqanın “Baku Fire” – “Standard” matçında “Baku Fire”nin üzvü Aslan Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Futzal üzrə I Liqanın U-19 – “Rayyan” oyununda U-19 komandasının baş məşqçisi Ağatahir Əzimov öz oyunçularını təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41).
Futzal üzrə Yüksək Liqanın“Baku Fire” – “Neftçi” oyununda “Neftçi”nin üzvü Emil Həsənzadənin rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41).