Braziliyanın futbol komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, ölkənin olimpiya yığması təsnifatın son turunda Argentina millisini 3:0 hesabı ilə məğlub edib. Braziliya bu nəticədən sonrq qrupda ikinci yeri tutub və olimpiadada iştirak hüquqquna yiyələnib.
Argentina yığması isə daha öncə "Tokio-2020"yə lisenziya əldə edib. Uruqvay və Kolumbiya müvafiq olaraq üçüncü və dördüncü yerləri tutub və Yaponiyanın paytaxtındakı yarışa qatıla bilməyib.
"Tokio-2020" 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq.