
Avstraliyanın "Adelaida Yunayted" klubunun futbolçusu Məhəmməd Ture rekoda imza atıb.
Sportnet.az-ın məlumatına görə, 15 yaşlı futbolçusu əsas çempionatda "Sentral Kost Mariners"lə matçda qol vuraraq tarixə düşüb. Hücumçu 77-ci dəqiqədə oyuna daxil olub və 7 dəqiqə sonra qol vurub. Məhəmməd Ture Avstraliya çempionatının tarixində qol vuran ən gənc oyunçu adına yiyələnib. Əvvəlki rekord 17 yaşlı futbolçuya məxsus idi.
Qeyd edək ki, qarşılaşma "Adelaida Yunayted"in qələbəsi ilə yekunlaşıb. Məhəmməd Turenin mart ayında 16 yaşı olacaq. Rəqib komanda "Sentral Kost Mariners"in heyətində "Zirə"nin sabiq futbolçusu Milan Düriç də çıxış edir. Serbiyalı yarımmüdafiəçi 73-cü dəqiqədə meydana daxil olub.
He's fifteen. Fifteen. ????
— Hyundai A-League (@ALeague) February 14, 2020
????: @FOXFOOTBALL#ADLvCCM #ALeague pic.twitter.com/NAqeHJrLKi