
"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər".
Sportnet.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçın startından yaxşı hücumları oldu: "Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".