İspaniya "Real Madrid"inin futbolçusu Marselonu, sürət həddini aşdığı üçün yol polisi saxlayıb.
Sportnet.az-ın "El Mundo"ya istinadən məlumatına görə, klubun Valdebebas şəhərindəki bazası yaxınlığında 31 yaşlı yarımmüdafiəçi maşınının sürətini 134 km/saat-a qaldırıb. Halbuki həmin ərazidə maksimal sürət 120 km/saat olub.
Bundan başqa, oyunçunun sürücülük hüququnun etibarsız olduğu müəyyənləşib. İş ondadır ki, İspaniyada hər qayda pozuntusuna görə, sürücülük vəsiqəsindən müəyyən miqdarda ballar çıxılır. Braziliyalı futbolçunun 0 balının olduğu və sükan arxasına oturmağa ixtiyarının çatmadığı üzə çıxıb. "Sambaçı" qaydalardan xəbərsiz olduğunu iddia edib.
Qeyd edək ki, bu mövsüm Marselo La Liqada 9 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.