
"Qarabağ"ın baş meneceri Asif Əsgərov və "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) #evdəqal həştəqi ilə başlatdığı kampaniyaya qoşulan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun çağırışına cavab veriblər.
Sportnet.az-ın məlumatına görə, estafeti federasiyadan qəbul edən klub rəsmiləri onu komandanın azarkeşlərinə ötürüblər.
Qeyd edək ki, E.Məmmədov dünən Premyer Liqa klublarının rəhbərliyini çağırışa qoşulmağa dəvət edib.