
Uruqvay Futbol Asosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, 73 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə istefaya göndərilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.
Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi.