Ermənistanın "Ararat" futbol klubu borca görə paytaxt Yerevanda məskunlaşdığı oteldən çıxarılıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə erməni əsilli rusiyalı media maqnatı, OAO "News Media" şirkətinin rəhbəri, "İzvestiya" və digər nəşrlərin təsisçisi Aram Qabrelyanov yazıb.
Komandanın maliyyə böhranı içində olduğunu, futbolçuların, məşqçilərin maaş almadığını bildirən A.Qabrelyanov buna görə klubun erməni əsilli isveçrəli sahibi Vartan Sirmakeşi günahlandırıb.