Belarus Yüksək Liqasında IV turun "Minsk" - BATE matçında künc zərbəsindən qol vurulub.
Sportnet.az-ın məlumatına görə, qonaq komandanın futbolçusu Pavel Nexayçik 62-ci dəqiqədə topu birbaşa qapıya göndərib. Meydan sahiblərinin qolkiperi Artyom Leonov zərbəni dəf edə bilməyib. Matçdan sonra Nexayçik qoluna təəccübləndiyini bildirib: "İndiyədək künc zərbəsindən məşqdə də qol vurmamışam".
Qeyd edək ki, bu, oyunda vurulmuş son qol olub. Görüş BATE-nin qələbəsi ilə yekunlaşıb - 3:0.
Павел Нехайчик pic.twitter.com/kKbEPHauKX
— Великий Твитсби (@greattvetor) April 12, 2020