Meksika çempionatı koronavirus pandemiyası ilə əlaqədar vaxtından əvvəl başa çatdırılıb.
Sportnet.az-ın Meksika Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu qərar həvəskarlar da olmaqla, bütün liqalara şamil edilib. Divizionlar arasında qarşıdakı 6 mövsüm ərzində yerdəyişmə də olmayacaq.
Elit divizionların klubları öz öhdəliklərini yerinə yetirməkdən ötrü ümumilikdə 60 milyon peso (təqribən 4,08 milyon manat) alacaqlar. Daha 240 milyon peso (16,33 milyon peso) isə qarşıdakı 6 mövsüm ərzində onlar arasında bölüşdürüləcək.