"Zirə" futbol komandası ölkədə karantin rejimi bitəndən sonra məşqlərə başlamaq niyyətindədir.
Spornet.az xəbər verir ki, bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimov məlumat verib. 39 yaşlı mütəxəssis mayın 5-də məşqə başlamaq istədiklərini söyləyib.
Həşimov çempionatın davam etdirilməsinin doğru qərar olduğunu deyib. "Evdəki məşqlər meydandakı hazırlığın yerini verə bilməz. Amma qismən də olsa, futbolçuları tonusda saxlamağa kömək edir".
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.