“Kəpəz” klubu futbol veteranı Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb.
Sportnet.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin rəsmi "Facebook" səhifəsi məlumat verib.
Bildirilib ki, qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.