
Futbol üzrə Fransa çempionatını yayımlayan "Canal+" telekanalı Liqa 1-lə müqaviləyə xitam verib.
Sportnet.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, telekanal sözləşməyə görə nəzərdə tutulan ödəmələri həyata keçirməyəcək. Liqa 1 telekanaldan 243 milyon avro almalı olsa da, çempionatın dayandırılması ilə əlaqədar məbləği əldə edə bilməyəcək.
Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.