İtaliyanın "Roma" klubu mayın 6-dan məşq prosesini bərpa edəcəyini açıqlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı hökumətdən icazə alınıb. Hazırlıqlara paytaxtın digər təmsilçisi "Latsio"nun da başlayacağı bildirilib.
Futbolçular tibbi baxışdan sonra fərdi çalışmalara ara məsafəsi təhlükəsizkliyi qaydasını gözləməklə Triqoriyadakı təlim-məşq mərkəzində start verəcəklər.
A Seriyasında ilk dəfə "Sassuolo" klubu məşqləri mayın 4-dən bərpa edəcəyini açıqlayıb. Daha sonra "Parma" və "Bolonya" da belə bir niyyətdə olduqlarını təsdiqləyiblər.