
Qapıya zərbələri güclü olan ən yaxşı 20 afrikalı futbolçu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "w24news" nəşri araşdırma aparıb. Siyahıda "Səbail"də çıxış edən Maykl Essyen də yer alıb. Onun zərbəsinin gücü 117 km/saat sürətlə hesablanıb. Qanalı yarımmüdafiəçi 20 oyunçu arasında 18-ci yeri tutub.
İlk iki pillədə karyeralarını bitirən Toni Yeboa (154 km/saat) və Obafemi Martins (135 km/saat) qərarlaşıb. Üçüncü sırada isə Finlandiya "Rops"unda çıxış edən Taye Tayvo yer alıb.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.