İspaniya "Real Madrid"inin keçmiş vitse-prezidenti Amador Suares 76 yaşında koronavirusdan ölüb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sabiq funksioner bu xəstəliyə 40 günlük mübarizənin yekununda təslim olub.
Suares 2006-cı ildə paytaxt təmsilçisinə direktor, 2007-ci ildə vitse-prezident təyin olunub. 2009-cu ildə isə o, postunu tərk edib.
Qeyd edək ki, martda koronavirus infeksiyasından "Real Madrid"in keçmiş prezidenti Lorenso Sans dünyasını dəyişib. Kluba 1995 - 2000-ci illərdə rəhbərlik etmiş Sans da 76 yaşında vəfat edib.