
İtaliyanın "Yuventus" klubunun futbolçusu Paulo Dibalanın koronavirus testi 5-ci dəfə müsbət çıxıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu hələ də özünütədric şəraitindədir.
Əvəzində Blez Matüidi və Daniele Ruqaninin yoxalamalarının nəticəsi mənfi olub.
Qeyd edək ki, Paulo Dibala və rəfiqəsinin koronavirus testinin cavabı ilk dəfə martın 21-də pozitiv alınıb.