İspaniya La Liqasının rəhbərliyi oyunların boş tribunalar önündə süni azarkeş səs-küyü şəraitində keçirilmə variantını nəzərdən keçirir.
Sportnet.az-ın Sport.es-ə istinadən verdiyi məlumata görə, bu, futbolçular üçün daha ənənəvi ab-hava yarada və televiziya tamaşaçılarının oyunçular arasındakı dialoqu eşitməmələrinə səbəb ola bilər. Habelə, tribunalarda müxtəlif rənglərdə xüsusi stendlərin yerləşdirilmə variantına baxılır. Onlar azarkeşlərin mövcudluğunu vizual imitasiya edəcəklər.
İspaniya çempionatı martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Məcburi fasiləyədək 38 turun 27-si keçirilib. La Liqanın bərpası iyuna nəzərdə tutulub.
Qeyd edək ki, 2012-ci il dünya çempionatının oyunlarını AzTV kompüterdə futbol oyununun sədaları altında təqdim edib. Həmin mundialın teleyayım hüququna Azərbaycanın heç bir telekanalı sahib çıxa bilmədiyindən, dövlət televiziyası yerli publikanın tələblərini bu yolla qarşılamağı qərara alıb.