Türkiyənin "Qalatasaray" klubu koronavirus pandemiyasına görə ölkədə elan olunmuş karantin rejimi dövründə ilk dəfə məşqə çıxıb.
Sportnet.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, "sarı-qırmızılılar" bu gün öz bazasında hazırlıqları bərpa edib. Çalışmalar fiziki hazırlıq üzrə məşqçi Yasin Küçükün rəhbərliyi altında gerçəkləşib.
Açıqlamada bildirilib ki, futbolçular gigeyena və sosial məsafə qaydalarına uyğun məşq ediblər. Hazırlığın ilk mərhələsində uruqvaylı və yerli qapıçılar Fernando Muslera ilə Okan Koçuk, braziliyalı müdafiəçi Markao, uruqvaylı sol cinah oyunçusu Marselo Saraççi və rumıniyalı hücumçu Florin Andone iştirak ediblər. Braziliyalı digər müdafiəçi Mariano isə zalda fərdi çalışıb.
Qeyd edək ki, Türkiyədə liqaların martın 19-da dayandırılıb.