
ABŞ-ın MLS və USL klubları növbəti həftədən məşqlərini bərpa edəcəklər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubunun rəsmi saytı xəbər yayıb.
Qeyd olunub ki, komandalar mayın 11-dən etibarən bazalarında 4 nəfərlik qruplar şəklində hazırlaşa biləcəklər.
Məşq vaxtı meydançada komandanın məşqçilərindən və əməkdaşlarından yalnız bir nəfər yer ala biləcək.
ABŞ-da yerli liqalar koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında "Finiks Rayzinq"də çıxış edir. 29 yaşlı hücumçu ilk turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda "het-trik" edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib.