"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən Lüksemburq "Düdelanj"ı baş məşqçisi Bertran Krassonla yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı beçlikalı mütəxəssis ölkədə çempionat vaxtından əvvəl yekunlaşdığı, bu səbəbdən Avropa Liqasına vəsiqə qazanılmadığı üçün istefaya göndərilib.
"Düdelanj" koronavirus pandemiyasına görə dayandırılan çempionatda 17 oyundan sonra 26 xalla 5-ci sırada bitirib. Komanda Avropa Liqası zonasından 7 xal geridə qalıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib. Ağdam təmsilçisi səfərdə rəqibini 4:1 hesabı ilə üstələyib, Bakıdakı görüş isə 1:1 hesabı ilə yekunlaşıb. Bertran Krasson 2019-cu ilin sentyabrında bu postda Emiliano Ferreranı əvəzləyib.