İspaniya La Liqasında və Sequndasında komandaların futbolçuları, məşqçiləri və əməkdaşlarından götürülən koronavirus testlərinin nəticələri açıqlanıb.
Sportnet.az-ın "RAC1"ə istinadən məlumatına görə, analizlərdən sonra ümumilikdə 5 oyunçuda infeksiya aşkarlanıb.
Futbolçuların adları açıqlanmasa da, onların üçünün La Liqa, digər ikisinin isə II liqada çıxış etdikləri bildirilib.
Virusa yoluxan oyunçuların 14 günlük karantinə alındıqları qeyd olunub.