İtaliya A Seriyasının rəhbərliyi gələn həftə təcili iclas keçirəcək.
Sportnet.az-ın "Football Italia" nəşrinə istinadən məlumatına görə, mayın 13-də təşkil olunacaq toplantıya klubların nümayəndələri də qatılacaq.
İclasda koronavirus pandemiyasına görə dayandırılan 2019/2020 mövsümünün bərpası, həmçinin televiziya hüquqlarının yayımçılara verilməsinin nüansları müzakirə olunacaq.
Sonuncu toplantıda mövsümün sonadək keçirilməsi və klubların mayın 18-dən məşqlərə başlaması qərara alınıb.
Qeyd edək ki, A Seriyasının oyunları martın 11-də qeyri-müəyyən müddətək təxirə salınıb.