Ukraynada koronavirusa yoluxan futbolçunun kimliyi müəyyənləşib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bu, I Divizionda mübarizə aparan "Minay" klubunun yarımmüdafiəçisi İqor Vagindir. 27 yaşlı futbolçu yoluxmadan sonra komanda yoldaşları ilə ünsiyyətdə olub.
Qeyd edək ki, bu, Ukrayna futbolunda koronavirusa ilk yoluxma halıdır. "Minay"da ikinci mövsümünü keçirən İqor Vagin cari çempionatda 22 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.