Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakın çıxış etdiyi "Altınordu" komandasının futbolçuları koronavirus testindən keçib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yoxlanışda oyunçularla yanaşı, məşqçilər heyəti də iştirak edib.
İzmir təmsilçisinin testlərin nəticələri bilinəndən sonra məşqə başlaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, ilk dəfə 2011-ci ildə Azərbaycanın əsas millisinə dəvət alan Ufuk Budak yığmada 17 oyun keçirib. 30 yaşlı müdafiəçi 2019-cu ildən "Altınordu"da çıxış edir.