Qrupla məşqlərin bərpasından sonra klublarda bir nəfər belə koronavirusa yoluxsa, İtaliya çempionatı dayandırılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Sandra Zampa bildirib. Zampanın sözlərinə görə, bu halda karantin avtomatik olacaq: "Siz dayanmasanız, vurus sizi dayandıracaq. Futbolu sevmək bu sahədə çalışan insanların qayğısına qalmaq deməkdir. Çempionatın bərpası üçün yeganə səbəb iqtisadi nəticələr ola bilər".