İspaniyanın "Barselona" klubunun icarə əsasında "Valyadolid"də çıxış edən futbolçusu Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib.
Sportnet.az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, koronavirus həmçinin "Valyadolid”in daha iki futbolçusunda aşkar edilib. Onlardan biri Oskar Planodur.
Virusa yoluxanların üçü də karantindədir.
"Barselona" Fernandesi Braziliya "Palmeyras"ından transfer etdikdən qısa müddət sonra icarəyə verib. Fernandes hələ "Valyadolid"də oynamağa müvəffəq olmayıb.