
Serbiyanın "Novi Pazar" klubunun 6 futbolçusunda koronavirus aşkarlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə II liqa təmsilçisinin baş katibi Fikret Medyedoviç yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, virusa yoluxan oyunçular karantinə alınıblar.
Klub rəsmisi belə bir şəraitdə çempionata hazırlaşmağın çətin olduğunu söyləyib.
Qeyd edək ki, Serbiyada pandemiyaya görə dayandırılan I və II liqanın oyunları mayın 30-da bərpa olunacaq.