Azərbaycanda stadionların ot örtüyünə qulluq edən Fil Şarples ölkəni tərk etməyi qərara alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə ingiltərəli mütəxəssis sosial şəbəkə hesabı vasitəsiılə açıqlama verib.
O, artıq Azərbaycandan ayrılmağın vaxtının gəldiyini bildirib. Şarples gələcək üçün mənalı iş görməyə şübhə ilə yanaşdığını vurğulayıb: "Buradakı 10 ildən sonra vətənə qayıdıram, yeni qapıların açılamasının vaxtı çatıb. Xərclərə qənaət edilməlidir. Görünür, koronavirus sonda məni əldə etdi (gülür). Amma bu, heç də pis bir şey deyil".
Qeyd edək ki, Fil Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.