
Türkiyənin “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanın koronavirusa yoluxduğu bəlli olub.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun ciyərlərində virus aşkarlanıb.
Kızılhanın müalicəsinə başlanılıb və 14 günlük karantin müddətinin bir həftəsi başa çatıb.
Qeyd edək ki, "Fənərbağça" daha öncə klubun iki üzvündə virus aşkarlandığı xəbərini yayıb. Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdır.