
Türkiyənin "Erzurumspor" klubunun futbolçusu İbrahim Şehiç koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, şəxsi "Facebook" hesabında paylaşım edən bosniya və herseqovinalı qapıçı bunun yalan olduğunu yazıb.
32 yaşlı qolkiper qeyd edib ki, səhhəti yaxşıdır.
Xatırladaq ki, İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun "Erzurumspor"la müqaviləsi bu ilin yayınadəkdir.