
"Yuventus"un futbolçusu Qonsalo İquain 2 aydan sonra Argentinadan İtaliyaya qayıdıb.
Sportnet.az-ın "Football Italia" nəşrinə istinadən məlumatına görə, 33 yaşlı hücumçu bu gün Turindəki hava limanında olub.
Argentinalı oyunçu tibbi müayinədən keçdikdən sonra 2 həftə karantində qalacaq.
Qeyd edək ki, Qonsalo İquain mart ayında İtaliyanı tərk edib. Onun "Yuventus"la 2021-ci ilin yayındək müqaviləsi var.