"Son yumşalma mərhələsində futbol komandalarının kiçik qruplar şəklində məşqə başlamaları ilə bağlı qərar yoxdur".
Sportnet.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, məsələ aktiv müzakirə fazasındadır: "Vəziyyətdən asılı olaraq, növbəti mərhələlərdə buna qayıdıla bilər".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.