
Avropa liqalarında gözlənilmədən çempion olan futbol komandaları ilə bağlı araşdırma aparılıb.
Sportnet.az-ın məlumatına görə, "Squawka" nəşri siyahıya 14 klubu daxil edib. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiya "Tvente"sinin 2010-cu il çempionluğu da siyahıda yer alıb.
31 yaşlı yarımmüdafiəçi liqada əsas komandanın heyətində debüt etməsə də, çempionluq sevinci yaşayıb. Türkiyənin "Bursaspor" klubunun 2010-cu ildə çempion olması da gözlənilməz nəticələrdən hesab olunub.
Sürpriz çempionlar: “Blekbörn Rovers" (İngiltərə - 1995), “Nant” (Fransa - 1995), “Kayzerslautern” (Almaniya - 1998), “Genk” (Belçika - 1999), “Deportivo La Korunya” (İspaniya - 2000), “Boavişta” (Portuqaliya - 2001) , “Rubin” (Rusiya – 2008, 2009), “Volfsburq” (Almaniya - 2009), AZ (Niderland - 2009), “Bursaspor” (Türkiyə - 2010), “Tvente” (Niderland - 2010), “Monpelye” (Fransa - 2012), “Lester” (İngiltərə - 2016), PAOK (Yunanıstan - 2019).