
Almaniyanın "Şalke" klubu aşağı yaş qrupları üzrə komandalarda çıxış edən bir neçə futbolçusunu cəzalandırıb.
Sportnetaz-ın məlumatına görə, bu barədə Gelzenkirhen təmsilçisinin Mətbuat xidmətindən yerli mətbuata bildirilib.
Adları açıqlanmayan oyunçular bir müddət öncə qanunsuz turnirdə iştirak etdikləri üçün cəzaya məruz qalıblar.
Qeyd edək ki, yarış müxtəlif klubların 200-dək oyunçusunun iştirakı ilə Almaniyanın qərbindəki Oberhauzen şəhərində keçirilib. Turnirdə koronavirusla bağlı təhlükəsizlik qaydalarının heç birinə əməl olunmayıb.