
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Serj Orye karantin rejimini pozub.
Sportnet.az-ın məlumatına görə, Fil dişi sahilindən olan müdafiəçi təcrid dövründə saçını kəsdirib.
28 yaşlı oyunçu evinə dəvət etdiyi bərbərlə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. London təmsilçisinin bu səbəbdən Oryeni cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, afrikalı futbolçu bundan əvvəl daha 2 dəfə karantin qaydalarına əməl etməyib. O, birinci dəfə dostu. ardınca isə komanda yoldaşı Mussa Sissoko ilə məşq edib.