
FIFA-nın vitse-prezidenti Viktor Montalyani Almaniya Bundesliqasının bərpasına münasibət bildirib.
Sportnet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, eyni zamanda Şimali və Mərkəzi Amerika Konfederasiyasının prezidenti olan funksioner çempionatın davam etdirilməsinin müsbət məqam olduğunu söyləyib.
Montalyani deyib ki, qarşılaşmalar azarkeşsiz qəribə görünür: "Bu, xüsusilə çoxlu insanın toplaşdığı matçlara aiddir. Buna baxmayaraq, Bundesliqanın bərpası müsbət məqamdır".
Qeyd edək ki, Almaniyanın əsas və II Bundesliqasında 2019/2020 mövsümü mayın 16-da bərpa olunub.