Belarusun "Torpedo-BelAz" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, qapıçı Vladimir Buşma və yarımmüdafiəçi Mixail Afanasyevdən götürülən testlərin nəticəsi müsbət çıxıb.
Onlarla yanaşı elita təmsilçisinin daha 2 üzvü - Maksim Bordaçyov və Andrey Xaçaturyanın da virusa yoluxduğu ehtimal olunur.
Sözügedən futbolçular bu gün X turun "Neman"la matçında iştirak etməyəcəklər.
Qeyd edək ki, daha əvvəl yüksək və I liqa klublarının bəzi oyunçularında da koronavirus infeksiyası aşkarlanıb.