İtaliya Mədəniyyət Nazirliyi "İnter" və "Milan" klublarının ev oyunlarını keçirdiyi "San Siro" stadionunun sökülməsinə icazə verib.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, 80 min azarkeş tutumuna malik arenanın mədəni irs statusu daşımadığı məlum olub.
Klubların yeni stadionu San-Siro rayonunda inşa olunacaq.
Qeyd edək ki, "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək, hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 - 1942-ci illərdə "Milan"da, 1946 - 1947-ci illərdə "İnter"də forma geyinib.