Almaniya Bundesliqasında XXVII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bu gün 3 görüş keçirilib. Qarşılaşmaların ikisi qonaqların qələbəsi ilə yekunlaşıb. "Auqsburq" səfərdə "Şalke"ni 3:0, "Leyptsiq" "Maynts"ı 5:0 hesabı ilə yenib. "Köln" isə "Fortuna" ilə ev oyununda məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıb - 2:2.
Əvvəlki oyunların nəticələri:
23 may
"Borussiya" (Mönhenqladbax) - "Bayer" - 1:3
"Volfsburq" - "Borussiya" (Dortmund) - 0:2
"Paderborn" - "Hoffenhaym" - 1:1
"Frayburq" - "Verder" - 0:1
"Bavariya" - "Ayntraxt" - 5:2
22 may
"Herta" - "Union Berlin" - 4:0