
Almaniyanın II Bundesliqasında XXVIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, "Ertsgebirge" komandası "Darmştadt 98"i qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov 68-ci dəqiqədə əvəzlənib. "Ertsgebirge" erkən qolla hesabı açsa da, hesabı qoruya bilməyib.
Bununla da xalını 42-yə çatdıran "Darmştadt 98" 5-ci pilləyə yüksəlib. 38 xala malik "Ertsgebirge" isə 7-cidir.