
Rusiyanın "Lokomotiv" klubunun daha 4 futbolçusu koronavirusa yoluxub.
Sportnet.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevin testləri müsbət nəticələnib.
Oyunçular özlərini yaxşı hiss edir və evlərində təcrid olunublar.
Qeyd edək ki, daha əvvəl "Lokomotiv"in hücumçusu Cefferson Farfanda da koronavirus aşkarlanıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.