Bu gündən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib.
Sportnet.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar çıxarıb.
Qərara əsasən, xüsusi karantin rejimi çərçivəsində tərbiq edilən bu məhdudiyyət 31 may 2020-ci il saat 00:00-dan aradan qaldırılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasının bərpa məsələsi AFFA, PFL və klub rəsmilərinin iştirakı ilə müzakirə olunacaq.