"Neftçi" ilə müqaviləm başa çatdı. Qarşılıqlı razılıq əsasında sözləşmənin müddətini uzatmamağa qərar verdik".
Bu fikirləri Sportnet.az-a açıqlamasında bu gün "Neftçi" ilə yollarını ayıran Tural Axundov deyib.
Komandadan gedişi barədə danışan 32 yaşlı futbolçu qərarın onun üçün gözlənilməz olduğunu bildirib: "Hər bir baş məşqçinin öz fikri var. Qərara hörmətlə yanaşıram. Başqa heç bir söz deyə bilmərəm".
Təcrübəli müdafiəçi 2-3 klubdan təklif aldığını söyləyib: "Hamısı yerli klublardır. Variantları dəyərləndirdikdən sonra yekun qərarımı verəcəyəm".
Qeyd edək ki, Tural Axundov "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.