
Braziliyanın "Palmeyras" klubunun futbolçusu Dudunu keçmiş həyat yoldaşı Mallu Ohanna məhkəməyə verib.
Sportnet.az-ın məlumatına görə, Ohanna 28 yaşlı yarımmüdafiəçini onu döyməkdə ittiham edib. Lakin Dudu ittihamları rədd edərək, dalaşdıqları anın video-müşahidə kamerasından çəkilmiş görüntülərini sübut kimi təqdim edib. Videoda aqressivliyin Ohannadan gəldiyi diqqəti cəlb edir.
Lakin onun nümayəndələri cavab olaraq bildiriblər ki, Dudu montaj olunmuş kadrlar təqdim edib. Ohanna məhkəməyə digər rakursdan tam video təqdim etməyə hazır olduğunu vurğulayıb. Həmin görüntülərdə isə mayında baş verənlər əksini tapıb. Keçmiş həyat yoldaşı Dudunun onu vurduğunu, dostlarının isə futbolçunu dayandırmağa tələsmədiklərini iddia edib.
Qeyd edək ki, Dudu və Malla Ohanna 11 il nikahda yaşayıblar. Onların 2 iki övladları var.
Tivemos acesso EXCLUSIVO ao vídeo em que Mallu Ohana agride o craque Dudu, do Palmeiras. Assista. pic.twitter.com/kZbqLhX0Uz
— FUTEBOL FX (@Futebol_FX) June 30, 2020