
"Sabah" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya bundan sonra ispaniyalı Visente Qomes başçılıq edəcək. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014 - 2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi-məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/2020) baş məşqçi kimi çalışıb.